AFFA rəsmisi hakimlərin səhv qərarlar verdiyini etiraf edib - Video
Tarix: 12-12-2025 18:07 | Bölmə: İdman

AFFA rəsmisi hakimlərin səhv qərarlar verdiyini etiraf edib

AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Reyting.az xəbər verir ki, o,  bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

Həsənov ümumilikdə 5 matçda qeydə alınan 5 epizodla bağlı fikirlərini bölüşüb. O, FIFA referiləri Kamal Umudlunun "İmişli" - "Sabah" görüşündə, Əliyar Ağayevin isə "Sumqayıt" - "İmişli" matçında təyin etdikləri penalti qərarlarının səhv olduğunu deyib.





Bölməyə aid digər xəbərlər