Basketbol Liqası: bu gün IX tura yekun vurulacaq
Tarix: 14-12-2025 10:18 | Bölmə: İdman

Basketbol Liqası: bu gün IX tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında IX tura yekun vurulacaq.

Reyting.az-ın məlumatına görə, turun son günündə bir qarşılaşma keçiriləcək.

"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində, saat 16:00-da başlayacaq.

"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.(Report)





Bölməyə aid digər xəbərlər