AFFA uşaq-gənclər sektoruna 6.7 milyon vəsait ayırıb
Tarix: 17-12-2025 16:55 | Bölmə: İdman

AFFA uşaq-gənclər sektoruna 6.7 milyon vəsait ayırıb

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən klubların uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlanıb.

Reyting.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.

Sözügedən mövsümdə klubların uşaq-gənclər sektoruna 6 milyon 622 min 262 manat vəsait ayrılıb.

Qeyd edək ki, 2023/2024 mövsümündə bu rəqəm 5 milyon 811 min 726 manat olub.





Bölməyə aid digər xəbərlər