Özbəkistanlı futbolçu karyerasını "Real"da davam etdirə bilər
Tarix: 21-12-2025 11:20 | Bölmə: İdman

Özbəkistanlı futbolçu karyerasını "Real"da davam etdirə bilər

“Mançester Siti”nin özbək müdafiəçisi Abdukodir Xusanov karyerasını Madrid “Real”ında davam etdirə bilər.

Reyting.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İspaniya klubu 21 yaşlı futbolçunun icarəyə götürülməsi imkanını araşdırır. İngiltərə təmsilçisi də ümidləri doğrultmayan oyunçu ilə bağlı danışıqlara açıqdır.

Xusanov cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə cəmi 9 oyun keçirib və məhsuldar göstərici ilə yadda qalmayıb. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.





Bölməyə aid digər xəbərlər