Məhəmməd Salah ilk çempionluğuna doğru - noyabrın 2-dən sonra ilk dəfə fərqlənib
Tarix: 23-12-2025 08:12 | Bölmə: İdman

Məhəmməd Salah ilk çempionluğuna doğru - noyabrın 2-dən sonra ilk dəfə fərqlənib

Məhəmməd Salahın 90+1-ci dəqiqədə vurduğu qol Zimbabve ilə oyunda Misir millisinə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə, 33 yaşlı futbolçunun komandası Mərakeşdə keçirilən Afrika Millətlər kubokuna üç xalla başlayıb.

Reyting.az xəbər verir ki, Salah özü isə noyabrın 2-dən sonra ilk dəfə fərqlənib.

Xatırladaq ki, "Liverpul"un forvardı sonuncu dəfə İngiltərə Premyer Liqasında "Aston Villa"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda qol vurmuşdu.

Afrika Millətlər Kubokuna gəlincə, Misir millisi hamıdan çox - 7 dəfə qitə çempionluğunu qazansa da, Salah bu qələbələrin heç birində iştirak etməyib. Onunla milli komanda ən yaxşı halda 2017 və 2021-ci illərdə turnirin finalçısı olub.





Bölməyə aid digər xəbərlər