"Zaqatala"ya texniki məğlubiyyət verilib
Tarix: 23-12-2025 12:48 | Bölmə: İdman

"Zaqatala"ya texniki məğlubiyyət verilib

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" komandasına texniki məğlubiyyət verilib.

Reyting.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan "Zaqatala" 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.





Bölməyə aid digər xəbərlər