"Araz-Naxçıvan" Qara Qarayevlə yollarını ayırıb
Tarix: 25-12-2025 15:51 | Bölmə: İdman

"Araz-Naxçıvan" Qara Qarayevlə yollarını ayırıb

"Araz-Naxçıvan" klubu Qara Qarayevlə yollarını ayırıb.

Reyting.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib.

Futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "qırmızı-ağlar"ın heyətində çıxış edirdi.






Bölməyə aid digər xəbərlər