Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçilib
Tarix: 30-12-2025 00:22 | Bölmə: İdman

Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçilib

"Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Məlumata görə, 25 yaşlı müdafiəçi “Futbol+” qəzetinin 1999-cu ildən bəri keçirdiyi ənənəvi sorğunun qalibi olub.

Qeyd edək ki, Elvin Cəfərquliyev sayca 27-ci dəfə təşkil olunan sorğuda bütün rəqiblərini qabaqlayıb. Sorğunun rəsmi nəticələri “Futbol+” qəzetinin 30 dekabr tarixli buraxılışında açıqlanacaq(mia.az).






Bölməyə aid digər xəbərlər