“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib
Tarix: 05-01-2026 13:01 | Bölmə: İdman

“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkoya köməkçilər təyin edilib.

Reyting.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.





Bölməyə aid digər xəbərlər