00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Xəzərdən Baltikə - Vahid Qazi yazır
Tarix: 06-10-2022 15:36 | Bölmə: Vahid Qazi

Vahid Qazi
“Adamlar və kitablar” silsiləsindən
Baltik ölkələrinə səfəri hələ neçə il qabaq planlamışdım. İsveçin Karlshamn limanından Klaypedaya gəmi-bərə ilə üzüb üç ölkənin görməli yerlərini gəzib, ənənəmə sadiq qalaraq geniş bir fotoreportaj da yazmağı düşünmüşdüm.
Baltik ölkələrinə səyahət uşaqlıq sevdam olub. Yurmalaya səfərdən qayıdan əmim gördüklərindən ağızdolusu danışan gündən. Deyirdi ki, oralar heç Sovetə oxşamır, elə bilirsən, xaricdəsən.
Elə həmin Sovet illərində Riqa kinostudiyasının çəkdiyi filmlər də bu yerlərə marağımı birəbeş artırmışdı. “Göl üzərində sonata”, “İlğım” filmləri yadımda yaxşı qalanlardandır. Hələ o dövrdə hər axşam bütün ölkə əhlini televizor başına yığan “Qumluqda uzun yol” serialını, onun ecazkar musiqisini demirəm heç. Raymond Paulsun bu musiqini də, Alla Puqaçovanın ifasında milyonların qəlbini fəth edən neçə-neçə mahnısını da yaşlı nəsil yaxşı xatırlayır.
Səfər proqramına Vilnüs Rəssamlıq İnstitutunu da salmışdım. “Rənglərin və səslərin harmoniyası”nın – mənim sevilmli rəssamım Toğrul Nərimanbəyovun təhsil aldığı üvnana gəlib, elə buradaca uşaqlara onun rəssamlığı, vokalçı kimi oxuduğu klassik mahnılarla yanaşı əzablı, eyni zamanda zəngin həyat yolundan – Şuşadan Parisəcən – danışacaqdım. Parisdə Sarbonna universitetinin qarşısındakı bağda uzaq Şuşadan gəlib burada təhsil alan Əhməd bəy Ağaoğlu haqda danışmışdım onlara, elə maraqla dinləmişdilər ki. Bunu Vilnüsdə də təkrarlamaq niyyətində idim.
Belə bir səfərdə görüşmək istədiyim, yazacağım reportajda ayrıca bölmə həsr edəcəyim adam isə Vitautas Landsbergis idi. Vilnüsə gəlib Avropanın nüfuzlu idealist demokratı, Litva Xalq Cəbhəsi – “Sayudis” hərəkatının qurucularından biri, müstəqil Litvanın ilk dövlət başçısı, Avropa Parlamentinin 89 yaşlı üzvü, beynəlxalq tədbirlərdə dəfələrlə həmsöhbət olduğum Vitautas Landsbergislə görüşməsəm, ən azından bu görüşə cəhd etməsəm günah etmiş olaram. Ona həsr etdiyim “Qara çörəyin ağ üzü” yazısında bu böyük insanla ilk görüşümüz haqda ətraflı yazmışam.
Nə uzadım – səfər baş tutmadı! Koronavirus pandemiyası səfəri gerçəkləşdirməyə imkan vermədi.
***

“Hər şərdə bir xeyir var” deyiblər. Ataların bu sözünü Mahir Həmzəyevin “Azərbaycan – Baltik mədəni əlaqələri” kitabını oxuyanda xatırladım.
Sən demə, Baltik ölkələrində dəyməyə nə qədər yer, görüşməyə neçə adam varmış. Son sözü əvvəl demək olmasın, Mahir bəyin yazdığı kitaba ensiklopediya da deyərəm, bax elə bu zənginliyinə görə.
Kitab oxucuya tək Baltik ölkələri haqda geniş bilgilər vermir, həmçinin, öz ölkəmizə uzaq şimaldan baxış fürsəti də yaradır. Özü də tək bu günümüzə yox, 100 il əvvəlimizə də.
XX əsr Litva ədəbiyyatının klassik yazıçılarından biri, ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəniyyət xadimi Vintsas Kreve-Mitskəviçyusu bu kitabla tanıdım. Başqa oxucuları deyə bilmərəm, belə bir şəxsi tanımaq mənə yeni bir kəşf kimi gəldi. Bilmirdim ki, bu mötəbər ədib hələ çar Rusiyası vaxtı Bakıda işləyib, hələ bir “Azəristan ölkəsi” adlı əsər də yazıbmış.
Oxuduqca bu kitabda da, adətim üzrə, karandaşla bir xeyli yerdə qeydlər edirdim. Vintsas Krevenin belə bir cümləsini xüsusi işarələdim.
“O adam ki, öz doğma ana dilini öyrənməkdən utanır, onu adam adlandırmaq olmaz”.
Bunu 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyən vaxtı uşağını ana dilində oxutdurmaq istəməyən bir azərbaycanlı valideynə deyib.
Sosial şəbəkələrdə rus dilində danışmağı elitarlıq bilən milli snoblarımız haqda söhbətlərin gündəm yaratdığı bir vaxtda bu cümlə yerinə düşdü. Odur ki, kitabdan bu sitatı facebook səhifəmdə bölüşdüm.
***
Xarici ölkələrdə yüz minlərlə soydaşımız yaşayır. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar İttifaqının üzvü, publisist və tərcüməçi Mahir Həmzəyev yaşadığı ölkədə istər dövlət orqanları, istərsə də ictimai institutlarla sıx əlaqələr yaratmış, yerli topluma inteqrasiya oluna bilmiş nadir insanlardandır.
Azərbaycan yazıçı və şairlərinin bu qədər əsərini yaşadığı ölkənin dilinə çevirən, yerli mətbuatda dərcinə nail olan ikinci belə diaspor nümayəndəmizi xatırlamıram. İstər Nizamidən Mirzə Cəliləcən klassiklərimiz olsun, istər Anardan Pərvinədək müasirlərimiz – ədəbiyyatımızın tanıdılmasında onun misilsiz xidmətləri var. Baltik xalqlarının dilində nəşr olunan “Kitabi-Dədə Qorqud” dastanını ayrıca qeyd edim. Mənim Vitautas Landsbergisə həsr etdiyim “Qara çörəyin ağ üzü” essemi Litva dilinə çevirib yerli mətbuatda dərc etməsini də minnətdarlıq hissiylə yada salmasam olmaz.
M.Həmzəyevin fəaliyyəti birtərəfli deyil, o, Baltik xalqlarının xeyli sayda ədəbiyyat nümunəsini, məsələn, Yonas Bilyunas kimi klassik ədiblə yanaşı Danielyus Muşinskas kimi çağdaş yazıçıların əsərlərini dilimizə çevirib, ədəbi dərgilərimizdə dərc etdirib.
İsveç mətbuatında Qarabağ mövzusunda bir neçə yazım dərc olunub. Xarici ölkələrdə, xüsusən də 100 il ərzində erməni yalanlarına inanmış xristian cəmiyyətlərində bu işin nə qədər çətin olduğunu bildiyimdəndir yəqin, kitabın “Qarabağ düyünü Litva diskursunda” bölümünü daha həssaslıqla oxudum. Müəllifin bu sahədə gördüyü işlər öz yerində, yerli müəllifləri həqiqətləri yazmağa səfərbər edə bilməsi xüsusi alqışa layiqdir.
Qəsdim kitab haqda geniş yazı yazmaq deyil. Ədəbi tənqidçiliyim yoxdur, sadəcə, bəzən elə kitablara rast gəlirsən, sənə mövzu verir, yeni yazıya səbəb olur, ruhlanıb yazırsan. “Adamlar və kitablar” silsiləsindən yazdığım yazılara mövzu verən kitablar kimi. Bu yazı da “Azərbaycan – Baltik mədəni əlaqələri”kitabından ruhlanaraq yazıldı.
Baltik ölkələri ilə əlaqələrin tarixinə, bugününə işıq tutan kitabdan danışıram. Çar Rusiyası zamanı, Cümhuriyyət dövrü, Sovet vaxtı, müstəqillik illərində qırılmayan, əskinə, daha da genişlənən mədəni, siyasi əlaqələrdən bəhs edən ensklopedik topludan söz açıram.
… Həm də sahilində yaşadığım Baltik dənizinin o üzündən xəbər verən – Xəzərdən giləvar əsirmiş kimi sıcaq yurd duyğusu yaradan kitabı deyirəm.
Vahid Qazi
Oktyabr 2022
Helsinqborq, İsveç
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Vahid QAZİ
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər