00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Etibar Əliyev: “Ali məktəblərə yeni qəbul qaydaları cəmiyyəti təşvişə salmamalıdır”
Tarix: 05-01-2019 13:10 | Bölmə: Cəmiyyət

Təhsil Nazirliyi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib.
İmtahanın nəticələri belə olub:
Riyaziyyat müəllimlərinin 99 faizi,
kimya müəllimlərinin 95 faizi,
fizika müəllimlərin 94 faizi,
informatika müəllimlərinin 90 faizi,
biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.
Bu məlumatı iqtisadçı-alim Qubad İbadoğlu facebook səhifəsində paylaşıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev isə onun yazdığına şərh bölümündə cavab verib ki, məqsəd beynəlxalq olimpiadalara hazırlığı təşkil edəcək müəllimləri müəyyən etməkdir:
“Doğrudur, xeyli müəllimin nəticəsi aşağı görsənir, amma nəzərə almaq lazımdır ki, müsabiqənin sualları dünya elm olimpiadaları səviyyəsində hazırlanıb. Yəni müsabiqə təşkil edilərkən bu gözlənilirdi və bu nəticə qətiyyən müəllimlərin məktəb proqramı ilə bağlı hazırlıq səviyyəsini əks etdirmir”.
Reyting.az-ın məlumatına görə, təhsil eksperti Etibar Əliyev “Yeni Müsavat”a deyib ki, müəllim orta təhsilin ən mühüm siması sayılır: “Dünyada orta təhsilin inkişafını xarakterizə edən mühüm komponentlərdən biri müəllim hazırlığının səviyyəsidir.
Bu gün Azərbaycanda repetitor xidmətinin geniş yayılmasının artıq praktik təsirini görürük. Müəllimlər bilik və bacarıqlarını orta məktəbə yox, repetitor xidmətinə sərf edirlər.
Müəllimlərdə yaradıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Buna fənnin testlər vasitəsilə izah olunmasının müstəsna təsiri var.
Ölkəmizin şagirdləri bir sıra Beynəlxalq bilik yarışmasında iştirak edirlər. Onları həmin yarışmalara bilikli müəllimlər hazırlamalıdır. Onda belə çıxır ki, indiyəqədərki şagird nailiyyətlərində müəllimlərin rolu çox az olub.
Eyni zamanda bu məsələdə Təhsil İnstitutunun və müəllimlərin hazırlıq səviyyəsinin təkmilləşməsinə cavabdeh qurumların üzərinə məsuliyyət düşür. Açıq görürük ki, onlar üzərlərinə düşən öhdəliyi normal yerinə yetirmirlər: “Bu qurumların idarə olunmasında ciddi qüsurlar mövcuddur. Yeri gəlmişkən, bu yaxınlarda oxudum ki, İngiltərənin təhsil naziri ingilis məktəblilərini riyaziyyatdan olimpiadlara hazırlamaq üçün Çindən 60 müəllimi bu ölkəyə təcrübə mübadiləsinə dəvət edib. Göründüyü kimi, bu cür məsələlər bir o qədər də sadə deyil”.
E. Əliyev qeyd edib ki, yaşından asılı olmayaraq, müəllimlərə formal yox, real təlimlərin keçirilməsi olduqca vacibdir: “Əks halda gələcəkdə daha ciddi problemlə üzləşə bilərik. Beynəlxalq fənn olimpiadalarına müəllimlərin hazırlığı üçün dilimizdə vəsaitlər yox səviyyəsindədir. Bu məsələnin üzərində də ciddi düşünmək lazımdır.
Bu ildən ali məktəblərə qəbulda yeni qaydalar tətbiq olunacaq. Keçirilən imtahanlar onu söyləməyə əsas verir ki, bu göstəricilərlə müəllimlər bu prosesə də normal biliklə getmirlər. Orta məktəblər təhsilin keyfiyyətinə cavabdehlik daşımırlar. Cavabdehlik mexanizmi işlənib hazırlanmalıdır”.
Ekspert qəbul imtahanına yeni qaydaların tətbiq olunmasının təhsil sisteminə hansı təsirləri olacağını da açıqlayıb: “Yeni qəbul qaydaları cəmiyyəti təşvişə salmamalıdır. Bu kurikulumların artıq 11 sinifləri əhatə etməsi ilə bağlı tətbiq olunan imtahanlardır. Köhnə tədris proqramlarından tam imtina deyil və yeni bacarıqların ölçülməsinə xidmət edəcək. Əslində bu bacarıqların ölçülməsi elə imtahan səviyyəsində qalmamalıdır. Açıq tipli tapşırıqların həllinə vərdişlərin formalaşması, riyazi məntiqin inkişafı, mətnlərin təhlili məktəb məzunlarına gələcəkdə də lazım olan bacarıqlardır. Bunu müəllimlərimiz bu cür dərk etməlidir”.
E. Əliyev ümumilikdə yeni təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinin Mikayıl Cabbarov və Misir Mərdanovdan fərqlərini müqayisə edib: “Misir Mərdanovun vaxtında yerli və Beynəlxalq fənn Olimpiadalarının keçirilməsinə diqqət yetirilmirdi.
Rasional müəllim hazırlığı arxa plana çəkilmişdi. Təmayüllü məktəblərə şagird qəbulunda ciddi nöqsanlar mövcud idi və bu da öz təsirini olimpidalarda göstərdi.
Təmayüllü məktəblərdə Olimpiada Mərkəzlərinin yaradılması, Beynəlxalq fənn olimpiadalarına marağın güclənməsi Mikayıl Cabbarovun adı ilə bağlıdır. Bu işləri Cabbarov birbaşa öz nəzarətinə götürmüşdü və nəticələr xeyli yüksəlmişdi.
İndi ən ciddi problem uşaqları olimpiada yarışlarına hazırlayan müəllim ordusunun formalaşdırmaqdır. Burda beynəlxalq təcrübədən də bəhrələnmək olduqca vacibdir.
İndi bu prosesin inkişaf etdirilməsinin məsuliyyəti Ceyhun Bayramovun üzərinə düşüb. Yeni nazir kimi o, orta təhsilin inkişafında əlindən gələni əsirgəmir. Ancaq düşünürəm ki, yaxşı məsləhətçilərə də böyük ehtiyac var".
Bölməyə aid digər xəbərlər

Dünən, 14:20
Apteklərdə nöqsanlar aşkar edilib
Dünən, 13:06
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
Dünən, 11:38
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
1-02-2026, 18:09
Göygöldə 33 yaşlı şəxs bıçaqlanıb
1-02-2026, 12:21
Bölgələrə qar yağacaq, güclü külək əsəcək - Proqnoz
31-01-2026, 20:59
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayır
31-01-2026, 15:06
“WhatsApp” şəxsi məlumatları icazəsiz paylaşır? - İddia
31-01-2026, 12:45
Sabahın hava proqnozu açıqlanıb
31-01-2026, 11:45
İcra başçısı vəzifəsi kimə tapşırılıb?
31-01-2026, 10:56
Bəzi vəkillər sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirirlər
31-01-2026, 00:08
Müğənni "Tiktoker"dən şikayət edib
30-01-2026, 18:15
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
30-01-2026, 17:54
İcra başçısı müavinini vəzifədən azad edib
30-01-2026, 16:43
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
30-01-2026, 15:50
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
30-01-2026, 15:11
Fevral ayına olan hava proqnozu açıqlanıb
30-01-2026, 14:36
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
30-01-2026, 14:26
Hərbi prokurora köməkçi təyin olunub
30-01-2026, 13:22
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
30-01-2026, 12:45
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
30-01-2026, 12:36
Sabah hava necə olacaq? - Proqnoz
30-01-2026, 11:21
Sahibə Qafarovaya ağır itki üz verib
30-01-2026, 11:01
Tanınmış iş adamı həbs olunub - Səbəb
30-01-2026, 07:31
Kvant kompüterində "zaman kristalı" yaradılıb
29-01-2026, 23:08
Abşeron Gənclər şəhərciyində yaşayış binasında yanğın olub
29-01-2026, 18:38
Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək
29-01-2026, 16:14
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
29-01-2026, 15:21
İkiuşaqlı ana üçəm dünyaya gətirib
29-01-2026, 15:15
Regional Turizm İdarəsinin rəisi vəzifədən azad olunub
29-01-2026, 14:17
Qasırğa, külək və qar Avropada problemlər yaradıb
29-01-2026, 12:49
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
29-01-2026, 12:21
Sabahın hava proqnozu açıqlanıb
29-01-2026, 11:54
Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq
29-01-2026, 11:44
TƏBİB: "Məhkəmə sədrinin bıçaqlanan gəlininin vəziyyəti ağırdır"
29-01-2026, 11:00
Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib - Yeni təyinat
29-01-2026, 10:56
Axtarışda olan azərbaycanlının yeri müəyyən olunub
29-01-2026, 10:12
Daha üç nəfər dəm qazından zəhərlənib - (Yenilınib)
29-01-2026, 10:07
Cərimənin məcburi tutulması qaydası dəyişir
28-01-2026, 18:08
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
28-01-2026, 17:52
Baş Prokurorluqda kollegiya iclası keçirilib
28-01-2026, 17:31
İcra başçısının müavini vəzifədən çıxarılıb
28-01-2026, 16:42
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
28-01-2026, 14:31
Yarım milyon manatlıq dələduzluqda ittiham olunan "hüquqşünas" tutulub
28-01-2026, 13:06
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28-01-2026, 12:28
Sabah yağış yağacaq - Proqnoz
28-01-2026, 11:41
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
28-01-2026, 11:34
Bu il metronun yeni stansiyası açılacaq

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər