Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
Tarix: 15-10-2025 17:02 | Bölmə: Cəmiyyət
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər