Cənubi Koreya dünyada ən uzun yol qət edənlərin vətənidir
Tarix: 21-11-2025 09:34 | Bölmə: Cəmiyyət
Cənubi Koreya dünyada ən uzun yol qət edənlərin vətənidir

2025-ci il üçün hazırlanmış statistikadan məlum olub ki, Cənubi Koreya sakinləri işə getməkdən ötrü dünyada ən uzun yol qət edən insanlardır.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı koreaherald.com onlayn nəşri yayıb.

Təqdim olunan yeni hesablamalara görə, Cənubi Koreya vətəndaşları işə getməyə və gəlməyə gündə orta hesabla 1 saat 48 dəqiqə vaxt sərf edirlər. Bu göstərici isə araşdırılan 43 ölkə arasında ən yüksəkdir və qlobal ortalama vaxtını, yəni 1 saat 8 dəqiqəni xeyli üstələyir.

34 yaşlı Li Han-so bildirib ki, o, hər gün belə vəziyyəti yaşayır, çünki mütəxəssis kimi işlədiyi informasiya texnologiyaları şirkətinin ofisinə yolu təxminən 2,5 saat çəkir. Li həmçinin əlavə edib ki, belə uzun yolçuluq həm də psixi sağlamlığına mənfi təsir göstərir.

Cənubi Koreyada uzun illərdir fəaliyyət göstərən və tibbi tədqiqatları ilə tanınan "Samsung Kangbuk" xəstəxanasının hələ 2023-cü ildə apardığı tədqiqatlar sübut etmişdi ki, yolda 60 dəqiqədən çox vaxt keçirənlərdə ailə münasibətlərində tənha hiss etmə riski 49 faiz, sosial əlaqələrdə isə 36 faizdən daha yüksəkdir.

Araşdırma göstərib ki, bu proseslərdə ən həssas qrup Cənubi Koreya vətəndaşları olan avtomobil sürücüləridir. Tədqiqatlar zamanı məlum olub ki, gündəlik ictimai nəqliyyatdan istifadə edənlərdə, eləcə də piyada gedənlərdə bu cür mənfi artım və psixoloji gərginlik müşahidə olunmayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər