Namiq Məna: “Mənim belə bir qohumum yoxdur"
Tarix: 21-11-2025 17:50 | Bölmə: Cəmiyyət
Namiq Məna: “Mənim belə bir qohumum yoxdur"

“Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifovun meyxanaçı Namiq Mənaya bənzərliyi diqqət çəkib.

Məlumata görə, R. Yusifovun N. Mənanın əmisi oğlu olduğunu deyənlər də var.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Namiq Məna deyib ki, bu, yanlış məlumatdır: “Mənim belə bir qohumum yoxdur. Yalan söhbətdir. Bənzərliyimiz ola bilər, amma qohumluq əlaqələrimiz yoxdur”.

Qeyd edək ki, ASC-də əsas məsələlər, xüsusilə də satınalmalar R.Yusifovun nəzarəti altında olduğu bildirilir. Qeyd olunur ki, onun razılığı olmadan hansısa şirkət ASC-dən tender əldə edə bilməz.




Bölməyə aid digər xəbərlər