Son 10 ilin ən böyük meşə bərpaçıları - Siyahı
Tarix: 24-11-2025 17:02 | Bölmə: Cəmiyyət
Son 10 ilin ən böyük meşə bərpaçıları

Son 10 il ərzində Yer planetinin yaşıllaşdıran və meşə ərazilərini daha çox artıran ölkələrin adları məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı yayıb.

Bu təşəbbüslə bağlı indiyədək çox böyük işlər görən Çində 1970-ci illərdən həyata keçirilmiş "Böyük Yaşıl Sədd" layihəsi çərçivəsində ümumi sayı milyonları ötən ağac əkilib və səhraların genişlənməsinin qarşısını almaq məqsədilə bəzi tədbirlər görülüb. Nəticədə 2015-ci ildən bəri ölkədə meşə sahəsi 1,7 milyon hektar artıb ki, bu da dünyada ən yüksək göstəricidir.

Rusiya Federasiyası da bu sahədə çox böyük fəallıq nümayiş etdirir. Son 10 il ərzində bu dövlət 942 min hektar meşə artımı ilə ikinci yerdədir. Bu dinamikanın arxasında isə 2018-ci ildən tətbiq edilən dövlət proqramları dayanır.

Yeni statistikaya görə, Hindistan 2030-cu ilə qədər 26 milyon hektara qədər meşə bərpa etməyi hədəfləyir. Məlumata görə, 2015-ci ildən bəri ölkədə 191 min hektar əlavə meşə sahəsi yaranıb və Hindistan bu siyahıda dünyanın üçüncü "yaşıl" dövləti kimi yer alıb.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər