Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-12-2025 15:47 | Bölmə: Cəmiyyət

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanda rəsmi səfərdədir. İranlı nazirin xanımı Arzu Əhmədvand və onu müşayiət edən şəxslər Bakıdakı Bibiheybət məscid-kompleksini ziyarət edib.
Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev ziyarətgahın tarixi barədə İranlı qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, bu tarixi məkanın İslam aləmində xüsusi yeri var, çünki burada imam Museyi-Kazımın qızı Fatimeyi Suqra-Həkimə xanımın dəfn olunub. Elə o zamandan ziyarətgaha çevrilən bu yerdə XIII əsrdə Şirvanşahlar dövlətinin hökmdarı Əbü-l-Fəth Fərruxzadın göstərişi ilə məscid inşa edilib.
Dinə qarşı amansız terror aparan sovetlər hakimiyyəti insanların üz tutduğu ziyarətgahı da “qara siyahıya” salıb və bolşeviklər 1936-cı ildə məscid uçurdublar.
Hacı Rahib Babayevin sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən sonra Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə Bibiheybət məscidi bərpa olunub. Prezident İlham Əliyevin sərəncamı ilə ərazi genişlənərək məscid-ziyarətgah kompleksi yaradılıb.
Seyid Abbas Əraqçinin xanımı Arzu Əhmədvand ziyarətgah komplekslə tanışlığın ardından ölkələrimizin sabitliyi, xalqlarımızın rifahı və gələcək inkişafı üçün dualar edib.
Qonağa xatirə hədiyyəsi verilib.


V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər