İrandan Azərbaycana 24 kq narkotik keçirmək istəyiblər
Tarix: 17-12-2025 11:04 | Bölmə: Cəmiyyət

İrandan Azərbaycana 24 kq narkotik keçirmək istəyiblər

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Reyting.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Bildirilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər