Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-12-2025 11:12 | Bölmə: Cəmiyyət

“WhiteStone Tower” şirkəti ilə (Ailə Park MMC) Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər arasında qalmaqal böyüyüb.
Reyting.az xəbər verir ki, ərazidə yaşayan sakinlərdən Birinci Qarabağ müharibəsinin şəhidi Heydər Həmidovun bacısı Xanım Sultanova Pravda.az-a açıqlamasında baş verənlərlə əlaqədar bir sıra mühüm faktları açıqlayıb.
O bildirib ki, "WhiteStone Tower" şirkətinin özbaşınalığı ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qapısını döyən vətəndaşlar geri qaytarılıblar:
“Mən yeganə qardaşımı Birinci Qarabağ müharibəsində şəhid vermişəm. Onun qızı isə Vətən müharibəsində öz həyat yoldaşı mayor Anar Məmmədovu qurban verib. İndi mən həm qardaşımın qızına, həm də onun övladlarına himayəçilik edirəm. Onlar da neçə il bu evdə qalıblar. Ev soyuq olduğu üçün uşaqları bir otağı təmir edilmiş başqa evə göndərmişik ki, bu şəraiti mənimlə bərabər çəkməsinlər. Guya mənə icra hakimiyyətinin vəzifəli şəxsi zəng edib, dinləyib, problemi həll edib, yalandır.
Dəfələrlə qonşularımız Nərimanov Rayon İcra Hakimiyyətinə gediblər. Onları qapıdan qaytarıblar. Elgin Həbibullayev isə vəzifəyə təyin ediləndən hələ bir dəfə də olsun, bu məhəllədə bir nəfərin qapısını açmayıb. Gəlib heç həyətdə soruşmayıb ki, nə probleminiz var? Bunu "JEK" də bilir. "JEK" axşama qədər "WhiteStone Tower" şirkəti ilə mübarizə aparır ki, zibilləri təmizləsinlər, yolu bağlamasınlar, heç olmasa çuxur qazıblar, üstünü örtsünlər.
Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etmişdik. Zəng də etdik, dedilər ki, bizlik deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyin. Hazırda şirkəti məhkəməyə verməyə hazırlaşırıq. Prezidentin, o cümlədən Birinci-vitse prezidentin, Fövqəladə Hallar Nazirliyinin, DTX-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına da müraciət etmişik. Hələ bizə cavab gəlməyib. Ərazimizin “qırmızı xətt”ini göstərsinlər. Özlərinə məxsus zibilləri bizim həyətimizdən daşıyırlar. Zibil maşını əraziyə girə bilmir. Həyətimizi necə zəbt ediblərsə, onda konteynerləri də öz ərazilərində qoysunlar... Bizə avtomobil parklamağa da icazə vermirlər. Qablarla su daşıyırıq...”
X.Sultanova deyib ki, "WhiteStone Tower" İDEA tərəfindən ərazidə salınmış meydançanı tamamilə məhv edərək yerində öz layihəsini ucaldıb: “İDEA İctimai Birliyinin rəhbərliyi uşaqlar üçün çox gözəl meydança hazırlamışdı. Şirkət həmin yeri zəbt etdi. Yerində üç bina tikdi. Hazırda İDEA-nın saldığı meydançanı ləğv ediblər. Bu, nə özbaşınalıqdır?"
Nərimanov Rayon İcra Hakimiyyəti isə mətbuata açıqlama verməkdə maraqlı deyil.
Qeyd edək ki, şikayətlə bağlı pravda.az-ın bundan əvvəlki yazı ilə əlaqədar "WhiteStone Tower" şirkətinin nümayəndəsi əməkdaşla əlaqə yaradaraq saytdan yazını tamamilə ləğv etməsi "göstərişini" verib, onu ofisə dəvət edib. O, həm də vətəndaşların dediklərinin heç bir əsası olmadığını bildirib. Maraqlıdır, şirkət özünü məsələdə tam şəffaf hiss etdiyi halda nə üçün hələ də saytımıza heç bir mövqe göndərməyib. Görüşmək bu qədər rahat idisə, indiyə qədər niyə ofislərində qazsız, işıqsız qalan sakinləri qəbul etməyiblər? Bir az araşdırdıqdan sonra məlum oldu ki, hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev.42/9, m.56 olan "WhiteStone Tower" "Ailə Park" QSC-yə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Samir Fəxrəddin oğlu Yusubovdur. Bunu da xatırladaq ki, 2023-cü ildə "Ailə Park” QSC-nin direktoru Hüseyn Emin oğlu Mədətov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunmuşdu. İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməmiş və müvafiq tapşırıqlar verməmişdi. Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülmüş və həmin vaxt orada olan əşyalar məhv edilmişdi. Nəticədə, zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəymişdi. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər