Əlil arabasına məhkum şəxsi kosmosa göndərəcəklər
Tarix: 19-12-2025 08:43 | Bölmə: Cəmiyyət

Əlil arabasına məhkum şəxsi kosmosa göndərəcəklər

ABŞ-ın “Blue Origin” şirkəti ilk dəfə olaraq əlil arabası istifadəçisini suborbital uçuşun heyətinə daxil edib.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, dekabrın 20-də “New Shepard” raketinin Texasdakı buraxılış meydançasından buraxılması planlaşdırılır.

Daha beş iştirakçı 2018-ci ildə onurğa sütunundan zədə almış Avropa Kosmik Agentliyinin mühəndisi Miçela Benthouz ilə birlikdə uçacaq.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər