Qarabağ zonasında daha 1299 hektar ərazi minalardan təmizlənib
Tarix: 22-12-2025 14:30 | Bölmə: Cəmiyyət

Qarabağ zonasında daha 1299 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə dekabrın 15-dən 21-nə qədər 46 tank əleyhinə mina, 145 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həftəlik məlumat yayıb.

Məlumata əsasən, 1 299 hektar ərazi minalardan təmizlənib.





Bölməyə aid digər xəbərlər