Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-12-2025 17:56 | Bölmə: Cəmiyyət

Şimali Koreya casusları “Amazon” onlayn ticarət şəbəkəsinə sızmağa cəhd göstərirlər.
Reyting.az xəbər verir ki, bu barədə şirkətin rəhbər şəxsləri məlumat veriblər.
“Amazon”un təhlükəsizlik üzrə rəhbəri Stiven Şmidt Şimali Koreya agentlərinə aid olduğu ehtimal edilən 1800-dən çox iş müraciətinin saxta şəxsiyyətlər və “noutbuk fermaları” vasitəsilə edildiyinə görə bloklandığını açıqlayıb.
Stiven Şmidt sosial şəbəkə paylaşımında bildirib ki, Şimali Koreya vətəndaşları oğurlanmış və ya saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək uzaqdan İT vəzifələrinə müraciət etməyə çalışırlar: “Onların məqsədi adətən olduqca sadədir: işi əldə etmək, maaş almaq və bu gəliri rejimin silah proqramlarını maliyyələşdirmək üçün Pxenyana köçürmək”.
Bundan əvvəl ABŞ və Cənubi Koreya rəsmiləri Şimali Koreya agentlərinin onlayn fırıldaqçılıq fəaliyyəti ilə məşğul olduqları barədə xəbərdarlıq ediblər.
Şmidtin sözlərinə görə, son bir il ərzində “Amazon”a Şimali Koreya mənşəli iş müraciətlərinin sayında təxminən üçdə bir artım müşahidə olunub.
O qeyd edib ki, bu operatorlar tez-tez “noutbuk fermaları”nı idarə edən şəxslərlə əməkdaşlıq edirlər. Bu termin ABŞ ərazisində yerləşən, lakin xaricdən uzaqdan idarə olunan kompüter şəbəkələrinə aid edilir.
ABŞ Ədliyyə Nazirliyinin (ƏN) məlumatına görə, həmin şəxslər Şimali Koreya vətəndaşlarının ABŞ-da iş tapmasına kömək etmək məqsədilə amerikalılara məxsus oğurlanmış və ya saxta şəxsiyyət məlumatlarından istifadə ediblər.
Nazirlik həmçinin Şimali Koreya operatorları üçün iş təşkil edən ABŞ vətəndaşı olan vasitəçilərə qarşı da ittiham irəli sürüb.
Xatırladaq ki, bu ilin iyul ayında Arizona ştatından olan bir qadın Şimali Koreyalı İT işçilərinə 300-dən çox ABŞ şirkətində uzaqdan iş tapmağa imkan verən “noutbuk ferması”nı idarə etdiyinə görə səkkiz ildən artıq həbs cəzasına məhkum edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, bu sxem nəticəsində həm qadın, həm də Pxenyan rejimi 17 milyon dollardan (12,6 milyon funt sterlinqdən) çox qanunsuz gəlir əldə edib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər