"Samsung"un məlumatlarını satan dəstə tutulub - Foto
Tarix: 25-12-2025 10:15 | Bölmə: Cəmiyyət

"Samsung"un məlumatlarını satan dəstə tutulub

Cənubi Koreyada "Samsung" şirkətinin 10 keçmiş əməkdaşı "DRAM" istehsalı olan 10 nm sinifli texnologiyaların Çinin "ChangXin Memory Technologies" şirkətinə müəyyən maraqlar qarşılığında qanunsuz ötürülməsi ittihamı ilə həbs ediliblər. "Samsung"un keçmiş əməkdaşları "Sənaye texnologiyalarının qorunması haqqında" qanunu pozmaqda ittiham olunurlar.

Reyting.az xəbər verir ki, ittihama əsasən, informasiya sızması Çin şirkətinə 2023-cü ildə bu ölkədə ilk 10 nm səviyyəli "DRAM" modelindən olan super yaddaş sisteminin istehsalını reallaşdırmağa, həmçinin "HBM" yaddaşı sahəsində texnoloji irəliləyiş əldə etməyə imkan yaradıb. Məlum olub ki, Çin şirkəti "ChangXin Memory Technologies" 2024-cü ildə "HBM2"nin kütləvi istehsalına başlayıb. Mütəxəssislərin sözlərinə görə, bununla da, adıçəkilən Çin şirkəti bazarın 15 faizinə qədər pay əldə edə biləcək.

Cənubi Koreya prokurorluğunun cinayət işi ilə bağlı açıqlamasında bildirilir ki, bu qrup Çin şirkətinə məlumat ötürmək məqsədilə müvəqqəti qeydiyyata alınan "qara örtüklü" şirkətlərdən, həmçinin şübhə yaratmamaq üçün tez-tez ofis yerini dəyişməklə, şifrəli rabitədən istifadə ediblər. Bu qanunsuz informasiya satışı Cənubi Koreya iqtisadiyyatına trilyon von (678 milyon dollar) həcmində zərər riski yaradır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər