DTX saxladığı vəzifəli şəxsin həbs müddəti uzadılıb
Tarix: 25-12-2025 20:14 | Bölmə: Cəmiyyət

DTX saxladığı vəzifəli şəxsin həbs müddəti uzadılıb

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Reyting.az-ın məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədovu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxlayıb.

O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.(APA)





Bölməyə aid digər xəbərlər