Azərbaycanın bölgələrinə qar yağıb
Tarix: 27-12-2025 11:05 | Bölmə: Cəmiyyət

Azərbaycanın bölgələrinə qar yağıb

Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur.

Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 27-si saat 10:00-a olan məlumatında bildirilir.

Məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir.

Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.





Bölməyə aid digər xəbərlər