Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 27-12-2025 14:53 | Bölmə: Cəmiyyət

Növbəti iki gündə güclü külək əsəcək

Növbəti iki gündə güclü külək əsəcək.

Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.





Bölməyə aid digər xəbərlər