Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-12-2025 21:36 | Bölmə: Cəmiyyət

Türk dünyasının birlik və bütövlüyünü, türk xalqlarının dostluq və qardaşlığını media üzərindən tərənnüm edən yaradıcılıq nümunələri sırasına daha bir möhtəşəm layihə əlavə olunub. Qardaş Türkiyənin “Can Azerbaycan Media” qrupunun sahibi Namık Kamal Yıldırımın və Azərbaycanda media sahəsində çalışan Vəli Vəlili və Vüqar Vəliyevin birgə layihəsi olan “Turan çağı” televiziya proqramı fəaliyyətə başlayıb.

İlk olaraq Türkiyədə yayımlanan veriliş bütün türk ölkələrində yaşayanların bir-birini daha yaxından tanımasını, ortaq tarixi irsdən güc alaraq, Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkçülük hərəkatının tanınmış siması İsmayıl Qaspiralının dediyi kimi “dildə, düşüncədə, əməldə birlik” anlayışının davamlı olmasını təmin etmək üçün bütün imkanlarının səfərbər oluunması hədəflənir. “Turan çağı” televiziya proqramı 2026-cı ilin yanvar ayından etibarən Türkiyədən bütün türk dünyasına və rəqəmsal kanallar vasitəsilə dünyaya yayımlanan TMB TV-də tamaşaçılarla mütəmadi olaraq görüşə gələcək.
Qeyd edək ki, artıq TMB TV-də “Turan çağı” proqramının tanıtım çarxı yayımlanmağa başlayıb. 5–6 dəqiqəlik tanıtım video-çarxında min illərin dərinliyindən gələn bir çağırış var. Bu, təkcə tarix deyil, birliyin, gücün, gələcəyin səsidir. Bu, Böyük Turandır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstan və Türk toplumlarından görüntülərdə dünyanın dörd bir yanında yaşayan 300 milyondan çox türkün ortaq kökü, ortaq dili, ortaq yaddaşı, ən önəmlisi isə ortaq gələcəyi təsvir edilir.

Turan düşüncəsinin keçmişdə qalmadığı, böyük xaqanlar, sərkərdələr, düşüncə adamlarının bu ideyanı yaşatdıqları vurğulanır. Bu gün Turan artıq xəyal deyil, ortaq ordu, ortaq iqtisadi zona, ortaq enerji layihələri, bütün bunlar Türk dünyasının yüksələn yeni qlobal gücü kimi təqdim olunur.
Turanın təməli qardaşlıqdır. Eyni mahnıları oxuyan, eyni süfrəyə oturan, eyni dəyərləri yaşayan bir böyük ailədir. Güclü iqtisadiyyat, güclü ordu, güclü elm… Turan - gələcəyin adıdır, gənclərin yaratdığı yeni dünyadır. Bu bir ideya deyil, bir çağırışdır. Biz birləşdikcə güclənirik. Biz birlikdə… Turanıq!
Yeni layihənin əsas məqsədi Türk dünyasını birləşdirən ortaq dəyərləri göstərmək, birliyi təmin edən bütün imkan və yolları dəyərləndirməkdir.



Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər