Geomaqnit qasırğası olacaq
Tarix: 29-12-2025 11:09 | Bölmə: Cəmiyyət

Geomaqnit qasırğası olacaq

30-31 dekabrda geomaqnit qasırğası gözlənilir.

Reyting.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sözügedən tarixlərdə əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-10 faiz, orta geomaqnit enliklərdə isə 10-1 faizdir.





Bölməyə aid digər xəbərlər