Süni intellekt yaradıcılıq testlərində insanlara uduzub
Tarix: 30-12-2025 09:10 | Bölmə: Cəmiyyət

Süni intellekt yaradıcılıq testlərində insanlara uduzub

"GPT-4 Turbo" yaradıcılıq testlərində orta düşüncəli insanı ötsə də, süni intellekt ən yaxşı halda 10 faiz insandan geri qalıb. "Nature Human Behaviour" elmi jurnalındakı araşdırmalara əsasən, sınaqların nəticələri 9 198 insan arasında və 8 böyük dil modeli olan "Divergent Association Task" testinin vasitəsilə müqayisə edilib.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, "GPT-4 Turbo" 81,78 bal toplamaqla, orta insan nəticəsini (78–80) keçsə də, ən güclü ağıla və məntiqə sahib olan 10 faiz insana uduzub (p < 0,001).

Elm adamları deyiblər ki, hər bir halda insanın müasir texnologiyalardan üstünlüyü sübuta yetirilib.

Tədqiqatlar göstərib ki, ümumiyyətlə, süni intellekt modelləri sabit qaydada, həm də "orta" səviyyədə nəticələr verir və sözləri tez-tez təkrarlayır, insanlar isə daha geniş variasiyada nadir, sıçrayışlı ideyalar yaradır.

Alimlər tədqiqatlarda iştirak edən Böyük Dil Modellərini də standartda, "kreativ tapşırıq"da ittiham ediblər.

Tədqiqatçılar bildiriblər ki, ümumilikdə, modellər rutin yaradıcılıq üçün faydalı olsa da, real innovativ sıçrayışlar, orijinal yeniliklər hələ də insanlardan gəlir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər