Kəmaləddin Heydərov müfəttişliyə rəis təyin edib
Tarix: 30-12-2025 10:57 | Bölmə: Cəmiyyət

Kəmaləddin Heydərov müfəttişliyə rəis təyin edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinə yeni rəis təyin olunub.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Mehdiyev Toğrul Telman oğlu gətirilib.

Qeyd edək ki, bundan əvvəl Bəxtiyar Tağıyev FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunub. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəis müavini təyin edilib/qaynarinfo.





Bölməyə aid digər xəbərlər