Sabah külək güclənəcək - Xəbərdarlıq
Tarix: 03-01-2026 15:12 | Bölmə: Cəmiyyət

Sabah külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda külək güclənəcək.

Reyting.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.





Bölməyə aid digər xəbərlər