Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-01-2026 13:23 | Bölmə: Cəmiyyət

“Təkcə Bakıda deyil, respublikanın digər rayonlarında da bayram günlərində qaz olmadı. Təsəvvür edin, bayram günü Ağsu rayonunda qaz və işıq olmadığına görə insanlar nə qədər narahatlıq keçirir, bir-birilərinə zəng edirdilər. Bu, çox ciddi məsələdir. "Azəriqaz"ın Mətbuat xidməti yalnız smart tipli sayğacların yüklənilməsi imkanının olmadığını və bunun üzərində iş getdiyi, yoluna qoyulacağı barədə məlumat verdi. Bundan artığına rast gəlmədim. Nə üçün qaz olmadı? Bu, başqa bir dərddir. Sosial şəbəkələrdə yazırlar ki, "Azəriqaz" deyib, bayram günləridir, istirahət edirlər. Bu qurum xidməti sahə ilə məşğuldur. 24 saat ərzində işləyir. Növbəlilik qaydası var. Ola bilməz ki, əhaliyə xidmət göstərməsin. Bayram günlərində insanları qaranlıqda, istiliksiz saxlamaq nə deməkdir? İnsanların əsəbi ilə oynayırlar”.
Reyting.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Yadlarına düşmür ki, XXI əsrdir, Azərbaycan qaz, elektrik enerjisi ölkəsidir. Yaponiyada şirkət bir neçə qəpik ziyan vurmuşdu, bütün kollektiv, direktor başda olmaqla, canlı efir vasitəsilə xalqdan üzr istədi. Başqa bir şirkət isə nöqsana yol verdiyinə, qiymət artımı olduğuna görə üzr istədi, kollektiv istefa verdi. Görün nə qədər yüksək mədəniyyət var, xalqın qayğısına qalırlar. Bizdə isə heç kim məsuliyyət daşımır, çünki cəzalanacaqlarını düşünmürlər. Nəticədə, belə hadisələr baş verir. Əslində isə ən azı "Azəriqaz"ın sədri, yaxud qurumun Mətbuat xidməti bununla bağlı açıqlama verməli idi. Hətta bildiyimə görə, jurnalistlər qurumun özbaşınalığı ilə bağlı çoxsaylı sorğu ünvanlayıblar. Onlara da cavab verilməyib. Hiss olunur ki, son dövrlər, xüsusilə, "Azəriqaz"la bağlı ciddi irad və tənqidlər var. Bunların nəyə arxayın olduqlarını bilmirəm. Ancaq bundan arxayındırlar ki, intizamsızlıqlarına, xalqı əzaba düçar etdiklərinə görə cəza almayacaqlar. Başqa bir şey düşünə bilmirəm. Maraqlıdır, bir də görürsən ki, abonentin az miqdarda borcu var. Onun sayğacını bağlayırlar, qazdan məhrum edirlər, abonent çətinlik çəkir. Özləri isə yüz min insanın qazını verməyəndə heç bir məsuliyyət daşımırlar. Heç narahatlıq da keçirmirlər. Bu məsələni yoluna qoymaq lazımdır. Bu dövlət xalqdan, millətdən ötrüdür. Hökumət bu işlərlə məşğul olmalıdır. Adam özünü ağır söz deməkdən güclə saxlayır. İşləyə bilmirsiniz, işləyə bilənə verin. Bunların üzərində nəzarət həyata keçirən müvafiq orqanlar məsələyə aydınlıq gətirməlidirlər”, - T.Kərimli bildirib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər