Eldar Əzizov rəisi vəzifədən azad edib
Tarix: 05-01-2026 18:03 | Bölmə: Cəmiyyət

Eldar Əzizov rəisi vəzifədən azad edib

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb. 

Məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.

Digər əmrlə adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.

Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu/unikal.





Bölməyə aid digər xəbərlər