Bloklanmış saxta domen sayı kəskin artıb
Tarix: 06-01-2026 15:39 | Bölmə: Cəmiyyət

Bloklanmış saxta domen sayı kəskin artıb

2025-ci ildə Azərbaycanda dövlət qurumlarının adına bənzər 52 saxta domen bloklanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, bu, 2024-cü illə müqayisədə 48 % azdır.

Təkcə IV rübdə 26 saxta domen bloklanıb ki, bu da əvvəlki rübə nisbətən 3,7 dəfə, 2024-cü ilin eyni dövrünün göstərici ilə müqayisədə isə 13 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumlarını hədəf alan 100 saxta domen aşkarlanaraq bloklanıb/Report.





Bölməyə aid digər xəbərlər