Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın ölüb
Tarix: 07-01-2026 11:44 | Bölmə: Cəmiyyət

Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın ölüb

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

Reyting.az xəbər verir ki, dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər