Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Tarix: 08-01-2026 11:15 | Bölmə: Cəmiyyət

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib. Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.





Bölməyə aid digər xəbərlər