Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-01-2026 15:11 | Bölmə: Cəmiyyət

“Messenat Holdinq”ə məxsus “Bəhramtəpə-Çınqıl” ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.
Məlumata görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.
Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818.636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113.941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.
Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.
Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, “Messenat Holding”in rəhbəri “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər