ABŞ-da azərbaycanlı gənc itkin düşüb
Tarix: 08-01-2026 22:36 | Bölmə: Cəmiyyət

ABŞ-da azərbaycanlı gənc itkin düşüb

ABŞ-nın Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

Bu barədə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Salyan rayonundan olan E. Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E. Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda E. Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir(Report).





Bölməyə aid digər xəbərlər