Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-01-2026 10:16 | Bölmə: Cəmiyyət

Sumqayıt şəhəri, Novxanı bağ massivi, 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qoxudan şikayətçidir.
Reyting.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır.
Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, narazılığa məhəl qoymayıblar:
“Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram, yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbi ilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirir. İtlərin gecə-gündüz fasiləsiz hürməsinə görə gecə yatmaq mümkün olmur, bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır, 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur, ailəmizdə daim həyəcan və stress yaradır. Bundan başqa, qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yer də hazırlayıb və orada 5 at saxlayır. Onların qoxusu da əlavə narahatlıqlar yaradır”.
N.Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar: “Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirilib ki, “bir də bu həyətə daş atılsa, başınız ağrıyacaq”. Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm, məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün”.
Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib: “Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur”.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb: “Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər”.
Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqə saxladıq. Lakin günlər keçsə də, nazirlikdən müraciətimizə cavab ala bilmədik.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər