Masallıda iki nəfər narkotiklə tutulub
Tarix: 11-01-2026 11:18 | Bölmə: Cəmiyyət

Masallıda iki nəfər narkotiklə tutulub

Masallıda iki nəfər narkotiklə tutulub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.

Həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər