Gəncədə tələbə dərs vaxtı ölüb
Tarix: 12-01-2026 12:40 | Bölmə: Cəmiyyət

Gəncədə tələbə dərs vaxtı ölüb

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

Hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.

Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, tələbə ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb/qafqazinfo.





Bölməyə aid digər xəbərlər