Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-01-2026 20:33 | Bölmə: Cəmiyyət

Finlandiyanın Laplandiya bölgəsində yerləşən Kittila hava limanı həddindən artıq soyuqlar səbəbindən fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub.
Reyting.az xəbər verir ki, Kittila hava limanından uçuşlar güclü şaxtalarla əlaqədar ləğv edildiyindən minlərlə turist, xüsusilə də Finlandiyanın şimalında, Avropada ilişib qalıb.
Bazar günü səhər saatlarında hava limanı ərazisində temperatur -37°C-yə düşüb. Bu hava şəraiti bir neçə gündür davam edir və nəticədə təyyarələrin buzdan təmizlənməsi, eləcə də hava limanının normal fəaliyyəti mümkünsüz olub.
Məlumata görə, finlər sərt qış şəraitinə alışıq olsalar da, bu il hökm sürən şaxtalar əvvəlki illərlə müqayisədə xeyli daha ağırdır. Güclü soyuqlar Şimali, Mərkəzi və Şərqi Avropanın geniş ərazilərinə təsir göstərib. Güclü qar yağışı, şiddətli küləklər və buzlu hava şəraiti qitənin bir çox ölkəsində səyahəti təhlükəli vəziyyətə salıb.
Qeyd edək ki, Almaniyada da intensiv qar yağışı Alman Dəmir Yollarını ölkənin şimal bölgələrində qatar hərəkətini tamamilə dayandırmağa məcbur edib.
“Independent” nəşri minlərlə turistin müxtəlif Avropa ölkələrində qaldığını yazır:
“Güclü qar yağışı, şiddətli küləklər və buzlu hava şəraiti bir çox Avropa ölkəsində səyahətə ciddi maneələr yaradıb. Estoniya və Litva kimi Baltikyanı ölkələrdə sürücülərə gözlənilən qar fırtınaları səbəbindən vacib olmayan bütün səfərləri təxirə salmaq tövsiyə olunub. Qonşu Latviya isə ölkənin qərb bölgələri üçün qar xəbərdarlığı edib”.
Bildirilir ki, Fransanın şimal-qərb bölgələri güclü “Goretti” fırtınasının təsiri altına düşüb. Bu fırtına Böyük Britaniyada da nəqliyyatın fəaliyyətində fasilələrə səbəb olub. Ciddi ziyan qeydə alınmasa da, cümə günü günortadan sonra, əsasən Normandiya bölgəsində, təxminən 320 min ev elektriksiz qalıb.
Çexiyada yük maşınları sərhəd yaxınlığında Praqadan Almaniyaya aparan əsas magistral yolu bir neçə saatlıq bağlayıb. Çexiya paytaxtının özündə isə bəzi ərazilərdə ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Xatırladaq ki, Fransanın Alp dağlarında yüzlərlə turist əlverişsiz hava şəraiti və yolların bağlanması səbəbindən gecəni idman zallarında keçirməyə məcbur olub.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər