Quldurluqda şübhəli şəxsin evində narkotik vasitə aşkar edilib
Tarix: 13-01-2026 09:34 | Bölmə: Cəmiyyət

Quldurluqda şübhəli şəxsin evində narkotik vasitə aşkar edilib

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər