Qəzzada 95 000 uşaq qida çatışmazlığı ilə üzləşib
Tarix: 13-01-2026 09:40 | Bölmə: Cəmiyyət

Qəzzada 95 000 uşaq qida çatışmazlığı ilə üzləşib

Qəzza zolağında humanitar vəziyyət ağır olaraq qalır.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik mətbuat konfransında danışıb.

Düjarrik qidalanma agentliklərinin təcili yardıma ehtiyacı olan çoxlu sayda uşaq müəyyən etdiyini açıqlayıb.

O, Qəzza zolağında azyaşlıların qida çatışmazlığının qorxulu səviyyəyə çatdığını, 2025-ci ildə 95.000-ə yaxın hadisə müəyyən edildiyini və indiki sərt qış şəraitinin kövrək humanitar kampaniyanı pozduğunu vurğulayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər