Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-01-2026 16:27 | Bölmə: Cəmiyyət

Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
Reyting.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Sözügedən mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb.
Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib.
Həmin namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Elektron ərizə qəbulu mərhələsində nəticəsi müsbət qiymətləndirilən namizədlər üçün keçiriləcək müsahibə mərhələsində namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və metodiki bacarıqları, ünsiyyət və qərarvermə qabiliyyətləri, eləcə də rəqəmsal və sosial kompetensiyaları müvafiq komissiyalar tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, bildiririk ki, müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var. Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub. İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. İmtahanın 24 yanvar 2026-cı il tarixində keçirilməsi planlaşdırılır. Sözügedən namizədlərin şəxsi səhifələrinə bu imtahanda iştirak imkanları barədə məlumat göndərilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarına əsasən ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsində əsas məqsəd namizədlərin fənn üzrə bilik və bacarıqlarının obyektiv şəkildə qiymətləndirilməsidir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər