İlon Mask yadplanetlilərlə görüşmək istəyir
Tarix: 14-01-2026 11:51 | Bölmə: Cəmiyyət

İlon Mask yadplanetlilərlə görüşmək istəyir

Amerikalı milyarder İlon Mask Texasda çıxışı zamanı bildirib ki, kosmosda yadplanetlilərlə görüşmək istəyir və "SpaceX" şirkətini məhz buna görə yaradıb. İş adamı deyib ki, gələcəkdə insanları daşımaq gücündə olan çox böyük kosmik gəmilər başqa planetlərə, o cümlədən Aya və Günəş sistemindən kənara gedəcəklər.

Reyting.az-ın məlumatına görə, Mask yadplanetli varlıqların və ya müxtəlif yad planetlərin mədəniyyətlərinin izlərini tapacağına ümid edir.

Hazırda dünyanın ən zəngin adamı kimi təxminən 630 milyard dollara yaxın sərvəti olan İ. Mask əlavə edib ki, "SpaceX"-in kosmik proqramı çərçivəsində yadplanetlilər və yaxud da uçan naməlum obyekt (UNO) aşkar edilərsə, bu barədə mütləq məlumat paylaşacaq.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər