Azərbaycanın iki rayonunda zəlzələ olub - Yenilənib
Tarix: 18-01-2026 09:30 | Bölmə: Cəmiyyət

Azərbaycanın iki rayonunda zəlzələ olub

Bu gün yerli vaxtla saat 07:56-da Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ baş verib.

Reyting.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadla bildirir ki, yeraltı təkanlar Pirqulu stanasiyasından 12 km cənubda, 4 km dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss edilib.

***

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumatına görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.





Bölməyə aid digər xəbərlər