444 milyon illik mikroekosistemin izləri aşkar edilib
Tarix: 19-01-2026 00:38 | Bölmə: Cəmiyyət

444 milyon illik mikroekosistemin izləri aşkar edilib

Tədqiqatçılar okeanın dərinliyində, çoxsaylı dəniz növlərinin təxminən 85 faizinin məhv olmasından bir müddət sonra formalaşmış mikroekosistemin izlərini aşkar ediblər.

Reyting.az xəbər verir ki, alimlərin araşdırmasına görə, 444 milyon il əvvəlki kütləvi dəniz məhvolmasından dərhal sonra okeanların dibində çox zəngin mikroekosistemin sübut edilən izləri dünya elminə maraqlı məlumatlar verə bilər.

Cənubi Afrika, Kanada, Fransa və Böyük Britaniyadan olan tədqiqatçılar mikroskopik orqanizmlərin, nematodlar və foraminiferlərin fosillərini tapıblar. Müəyyən edilib ki, bu canlılar oksigensiz, eyni zamanda zəhərli şəraitdə sağ qala biliblər və çox kiçik, davamlı qida şəbəkəsi yaradıblar.

Yeni tapıntı, dərinliklərdə qədim izlərini saxlayan ekosistemlərin müqavimət göstərmək bahasına kütləvi məhvolmadan sonra sürətlə bərpa olunmasının ən erkən sübutu sayılır.

Alimlər dəlilləri obrazlı şəkildə belə qiymətləndiriblər: tarix izləri itirmir, tarix bəşəriyyəti hər gün bizə tanıdır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər