Bakıda daha bir nəfər dəm qazından boğulub
Tarix: 21-01-2026 10:21 | Bölmə: Cəmiyyət

Bakıda daha bir nəfər dəm qazından boğulub

Bakıda daha bir nəfər dəm qazından boğulub.

Reyting.az xəbər verir ki, Binəqədi rayonu ərazisində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Yaşar Allahyar oğlu Eyvazov qonaq gəldiyi qardaşının evindəki hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün 1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək həyatını itirib.





Bölməyə aid digər xəbərlər