3D-printerlə silah istehsalına qarşı yeni təşəbbüs başlayır
Tarix: 22-01-2026 09:00 | Bölmə: Cəmiyyət

3D-printerlə silah istehsalına qarşı yeni təşəbbüs başlayır

ABŞ-nın Nyu-York ştatının qubernatoru Keti Hokol 3D-printer istehsalçılarını silahların, eləcə də silah hissələrinin çapını bloklaya biləcək və sakinləri də buna məcbur edəcək yeni qanun layihəsi təklif edib. 

Reyting.az-ın məlumatına görə, Keti Hokolun əsas məqsədi müxtəlif şəxslər tərəfindən ev şəraitində 3D-çapla yığılan, seriya nömrəsi olmayan, eyni zamanda, izlənməsi çətinlik törədən "kölgə biznesində olan silahların" istehsalına mane olmaqdır.

Layihəyə əsasən, 3D-printerlər bu şəraitdə silah detallarını tanıyan və çapı dayandıran texnologiya ilə təchiz edilməlidir.

Qanunun qəbulundan sonra belə bir üsulla silah hazırlayanlara cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır.

Qanun layihəsində vurğulanır ki, hüquq-mühafizə orqanları aşkar olunmuş 3D-çap silahları barədə məlumatları dövlət bazasına daxil etməlidirlər.

Yeni qanunla bağlı təşəbbüs 3D-printerlərin ucuzlaşması fonunda belə silahların cinayətlərdə daha çox istifadə olunması ilə əsaslandırılır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər