Bakıda daha iki nəfər dəm qazından zəhərlənib
Tarix: 22-01-2026 09:48 | Bölmə: Cəmiyyət

Bakıda daha iki nəfər dəm qazından zəhərlənib

Bakıda daha iki nəfər dəm qazından zəhərlənib.

Reyting.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Əhmədzadə Əhmədəli Sahib oğlu yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, 2006-cı il təvəllüdlü Rzayev Fərəc Nazim oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, bina 25 ünvanında hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır(Report).





Bölməyə aid digər xəbərlər